Ərdoğanla Putin arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığında Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ermənistan işğalından azad edilən və Azərbaycanın müəyyən etdiyi ərazidə fəaliyyət göstərəcək birgə atəşkəsə nəzarət mərkəzində Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək.

 

Ərdoğan Ermənistanın işğalından sonra Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini qeyd edib.

Dağlıq Qarabağ məsələsinin, regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya işbirliyinin əhəmiyyətini göstərdiyini bildirən Ərdoğan eyni işbirliyinin Suriya böhranı üçün də davam etdirilməli olduğunu və orada da bənzər mexanizmin qurula biləcəklərini deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password