Biz Şuşanın gözəlliyini, mədəniyyətini bərpa edəcəyik

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov və Nazirliyin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri I Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, mədəniyyət və musiqi xadimlərinin məzarlarını ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

Ziyarət zamanı A.Kərimov gələn il Şuşada konsert, Cıdır düzündə çövkən oyunu keçiriləcəyinə əmin olduğunu bildirib.

“Artıq dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, Şuşa azaddır”, – A.Kərimov bildirib.

O qeyd edib ki, 28 illik həsrətdən sonra Şuşa yenə də öz tarixi sahiblərinə qayıtdı: “Fürsətdən istifadə edərək bildirirəm ki, şəhidlərimizin ruhu, onların ailələri qarşısında baş əyirik. Onların canı, qanı hesabına bu gün biz bu günü qeyd edirik. Allah şəhidlərimizə rəhmət etsin. Şuşadan olan dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, gözəl Şuşamız düşmən tapdağından azad olundu.

Biz Şuşanın gözəlliyini, mədəniyyətini bərpa edəcəyik. Əminəm ki, gələn il sizinlə birlikdə Şuşada böyük bir təntənəli tədbir, konsert keçirəcəyik, bizim görkəmli sənəd ustaları həmin konsertdə bizi sevindirəcəklər. İnşallah biz Şuşada cıdır düzündə Qarabağ atları üstündə çövkən oyunu keçirəcəyik və 28 may bayramını Cıdır düzündə qeyd edəcəyik.

Dünən Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə danəşdım, onunla bu sevinci paylaşdıq və Polad müəllim bildirdi ki, gələcəkdə Şuşada bir konsert verəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password