Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğal altında olan Şuşa şəhərinin azad olunması ilə bağlı müjdəsi xalqımızın sevincinə səbəb olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, gün ərzində paytaxt sakinlərinin bu əlamətdar hadisəni qeyd etmələri üçün heç bir məhdudiyyət yaradılmayıb:

Küçə və prospektlərdə hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunub.

Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikamızda hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir.

Həmçinin ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub. Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək evlərini tərk etməmələrini xahiş edirik.

Diqqətə çatdırırıq ki, hərbi vəziyyət rejiminə uyğun olaraq tətbiq olunan komendant saatı qaydalarına əməl olunmalı, koronavirus infeksiyasını unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq.

Bir daha vətəndaşlarımızdan qayda-qanunlara, o cümlədən koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən, komendant saatından irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Unutmayaq ki, biz birlikdə güclüyük və Qarabağ Azərbaycandır!

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password