Demokrat Co Baydenin ABŞ-ın 46-cı prezidenti seçilməsindən sonra bütün nəzərlər yeni vitse-prezident Kamala Harrisə yönəlib.
O, bu vəzifəyə gələn ilk qadın və ilk asiya-amerikalı vitse-prezidentdir.
Harris 1964-cü ildə Kaliforniyanın Oakland şəhərində mühacir ailəsində dünyaya göz açıb. Anası Hindistandan ABŞ-a tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan təhsil arxasınca gələn qaradərili iqtisad professoru olub.
Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olub.
2020-ci il prezident seçkiləri üçün Demokrat Partiyadan namizədliyə namizəd kimi qatılan Harris ilkin seçkilərdə uduzub. Demokratlardan namizəd seçilən Co Bayden isə 11 Avqust 2020-ci ildə Harrisi seçkilərə vitse-prezident qismində qoşacağını bildirib.
78 yaşında – ən yaşlı prezident kimi ABŞ tarixinə keçən Co Bayden vəfat edəcəyi təqdirdə onu vəzifədə və ya gələcək seçkilərdə Harrisin əvəzləyəcəyi bildirilir.