Zəngəzuru tələb edə bilərik, bunun üçün… – Hüquqşünas

Ermənistana Zəngəzurla bağlı ərazi iddiası ilə çıxış edə bilərik. Heç kəsə sirr deyil ki, Stalin erməniləri bolşevik rejiminə razı salmaq üçün Zəngəzuru onlara pay kimi verib. Yəni bu gün bizim bu əraziləri geri almaq üçün hüquqi və tarixi əsaslarımız var.

Bunu açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistan Prezidenti Armen Sərkisyanın RBK kanalına müsahibəsində səsləndirdiyi bir çox tarixi təhriflər haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan Zəngəzurun ardınca Qarabağın onlara verilməsini tələb etdi:

“Halbuki belə bir istəklə çıxış etməyəcəklərinə dair öhdəlik götürmüşdülər. Həmin bu öhdəliklərin əks etdirildiyi rəsmi sənədlər bu gün də qalmaqdadır.

Lakin ermənilərin bu istəyi heç zaman reallaşmadı. Çünki o vaxt əsaslandırma ilə bildirilmişdi ki, Qarabağın Azərbaycanla iqtisadi bağları daha güclüdür. Bu mənada bu ərazilərin heç bir halda Ermənistana verilməsi doğru deyil.

Bu gün biz Ermənistanın müxtəlif rayonlarından – Zəngəzur mahalı, Göyçə mahalı daxil olmaqla – azərbaycanlıların kütləvi şəkildə köçürülməsini əsas gətirə bilərik. Bu ərazilərin də geri qaytarılması məsələsini gündəmə gətirmək lazımdır. Çünki Qarabağ müharibəsi bitdikdən sonra bunları demək lazımdır. Orada yaşayan yüzminlərlə soydaşımızın əmlakı məhv edilib, onlar qovulublar. Hüquqi olaraq bu məsələdə də biz haqlıyıq”./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password