Karen Şahnazarov: “Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb”

Azərbaycan və Ermənistan gələcəkdə Dağlıq Qarabağda qisas alma ehtimalını istisna edəcək bir sülh müqaviləsi bağlamalıdır.

Bu açıqlamanı milliyyətcə erməni olan rusiyalı kinorejissor Karen Şahnazarov yayıb.

“Tərəflər hər iki tərəfi razı salan, sərhədləri açmağa, əməkdaşlıq etməyə imkan verən bir kompromis tapmalıdır.  Bu cür hadisələr ilk dəfə deyil. Ötən əsrin 20-ci illərində hadisələr olmuşdu, amma sonra ermənilər və azərbaycanlılar Azərbaycanda normal yaşadılar, atam Bakıda anadan oldu. Buna görə düşünürəm ki, kompromis axtarmağa ehtiyac var. Ancaq təəssüflər olsun ki, indi gördüyüm budur ki, nə qədər çox qurban olsa, kompromis tapmaq o qədər çətin olacaq” deyə Şahnazarov Rusiyanın Den TV kanalının efirində bildirib.

Şahnazarovun fikrincə, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

“Əlbəttə ki, maliyyə mənbələrinə sahib olan azərbaycanlıların gec-tez ərazi bütövlüyünü bərpa edəcəkləri aydın idi”. O, əlavə edib.

Bu arada Şahnazarov Ermənistanın 20 ildən əvvəl bu münaqişəni sülh yolu ilə həll etmək şansının olduğunu vurğulayıb.

“Bu yaxınlarda Ermənistanın ilk prezidenti cənab Ter-Petrosyanın BBC telekanalına bir il əvvəl verdiyi müsahibəsini gördüm. Çox maraqlıdır, Ermənistan ictimaiyyətinin bir hissəsi o fikrin yanından keçdi. 1997-ci ildə demək olar ki, hazır bir müqavilə bağlanacaqdı, Qarabağa müəyyən bir status veriləcəkdi, işğal edilən 7  Azərbaycan rayonu da geri qaytarılacaqdı. Göründüyü kimi, bu status azərbaycanlılara da münasibət idi. Ancaq Ter-Petrosyanın qeyd etdiyi kimi, bu, baş vermədi, çünki Qarabağ-Ermənistan rəhbərliyi buna qarşı idi. Erməni tərəfi son hərbi toqquşmalardan xeyli əvvəl güzəştə getməli idi” deyə Şahnazarov bildirib.

Eyni zamanda, Şahnazarov deyib  ki, Qarabağda tarixən Ermənistandan ayrı yaşayan ermənilərin alt etnosu formalaşıb.

“Mənim fikrimcə, Qarabağda böyüyən spesifik ermənilərin alt etnosu heç vaxt Ermənistanın tərkibində olmayıb”. Rejissor həmin ermənilərin qıpçak kökənli olduğunu bir daha xatırladıb.

O, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışan Rusiyanın hərbi toqquşmalarda iştirak edə bilməyəcəyini xüsusi qeyd edib:

“Rusiyanın indi nə qədər təsir edə biləcəyini söyləmək çətindir, çünki Rusiyanın imkanları Sovet İttifaqının imkanları kimi deyil. Rusiya Federasiyası Qarabağ münaqişəsinə birbaşa müdaxilə edə bilməz”./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password