Qondarma “respublika” İrəvana niyə “köçdü”? – SƏBƏB

Qondarma “dqr” və onun terrorçu siyasi elitası üçün yolun sonu artıq yaxındır. Belə ki, qondarma “dqr”in “administrasiyası”nın İrəvana köçürülməsi də faktiki olaraq bu qurumun süqutunun xəbərçisidir.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Dağlıq Qarabağdakı qondarma rejimin “administrasiyası”nın İrəvana “köçürülməsi”ni şərh edərkən deyib.

Politoloq bildirib ki, separatçı-terrorçuların hazırkı vəziyyətdə nə etmək istədiyi bəllidir:

“Birincisi, “dqr”in “müdafiə naziri” kimi təqdim edilən terrorçu Cəlal Arutyunyanın məhv edilməsi (və yaxud ağır vəziyyətdə süni tənəffüs aparatında yaralı olması haqda rəsmi açıqlama) və son günlər bir çox yüksək rütbəli separatçıların ordumuz tərəfindən dəqiqliklə məhv edilməsi, görünür, başda Araik Arutyunyan olmaqla, Dağlıq Qarabağ terrorçularını ciddi narahat etməkdədir. Bundan əlavə, separatçıların “rəhbəri” Araik Arutyunyanın da yaralanması və ya məhv edilməsi barədə məlumatlar var. Hələlik onun sağ olduğunu təsdiqləyən ciddi faktlar ortaya qoyulmayıb. Bu mənada düşmən tərəf qondarma “respublika”nın “administrasiyası”nı İrəvana “köçürməklə” terrorçu-separatçıların sağ qalan rəhbərlərini qorumağa çalışır.

İkincisi, qondarma rejim İrəvana köçürüldüyünü bəyan edərək dünya ermənilərinin regiona axınını daha da sürətləndirməyə çalışır. Məsələ ondadır ki, qurum özünü mühacir hökumət kimi göstərərək dünya ermənilərinə növbəti “azadlıq çağırışı” etmək istəyir.

Üçüncüsü, qurum bu yolla beynəlxalq aləmin gözündə özünü yazıq, çarəsiz və məzlum kimi göstərməyə çalışır. Ermənilər əvvəllər də bu yola əl atıb, lakin bu dəfə onları heç kəs xilas edə bilməyəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password