Oğuz rayon sakini DİN rəhbərliyinə müraciət etdi – SƏBƏB?
Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu tərəfindən Aktualinfo.org redaksiyasının elektron poçtuna daha bir müraciət daxil olub. O, Oğuz RPŞ-nin Cinayət Axtarış bölməsinin rəisinin,Oğuz YPX rəisi Tahirin sadə vətəndaşlara qarşı törətdiyi özbaşnalıqların və Oğuz meşələrində yeni təyin olunmuş direktorun icazəsi ilə son aylarda ağacların kütləvi qırılmasının dərhal qarşısının alınması barədə müraciəti Xalid Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş naziri cənab Ə.Əsədova, Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə, Baş prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə,DİN-nin BMCQMİ-nin rəisi cənab Ə.Rzayevə, DIN- Baş Dövlət Yol Polis İdarəsinin rəisi cənab R.Zeynalova, Oguz Rayon Polis Şöbəsinin rəisinə, Ombudsman Aparatının rəhbərinə, və Mətbuat orqanlarına ünvanladığı yeni müraciəti olduğu kimi oxuculara təqdim edirik.O,yazır:
Çoxhörmətli cənab Prezident İlham Əliyev!Bir daha xatırlamaq istərdim ki, mən, Seyidov Xalid Tofiq oğlu doğma Oğuz rayonunda uzun müddət meşəbəyi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə xalqımızın sərvəti olan meşədəki bütün ağacların qorunub saxlanması üçün əlimdən gələni etmişəm. Lakin Vətənə sədaqətli xidmətim kimlərinsə xoşuna gəlmədi. Daha doğrusu, konkret olaraq yuxarılara “HAQQ” vermədiyimə görə məni əsassız olaraq işdən çıxardılar və məhkəməyə verdilər. 10 ay məni məhkəmə yollarında süründürsələr də, heç bir dəlil və sübutları olmadığına görə iddialarını geri götürdülər. İşdən çıxarılma səbəbim bu idi ki, mən vicdanıma sığışdıra bilməmişdim ki, Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə şikayət etmişdim. Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki. bir dənə də olsun sağlam, yaralı. Gözə xoş ağac qalmayıb( təbii ki, yol kənarlarını nəzərə almasaq) Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara , DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. Və sonda Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi səyyar qəbullarında oldum. Vəziyyəti əlimdəki sübutlarla ona izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər, xahiş edirəm tədbir görün. O isə qarşılığında heç formal da olsa cavab vermədi. Bu qəbullardan sonra Daxili İşlər nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinə əlimdəki faktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. başa sala bildim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BMCQMİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar. Xatırlatmaq yerinə düşərdi ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatına yeni təyin olunmuş İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı depertamenti direktoru Ağaqardaş Qafarovla qohumdurlar (kirvədirlər)Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. Budur, İlqar Qəribovun dəstəsinin əksəriyyəti həbs edilsə də, məsuliyyətdən nüfuzlu qardaşlarının hesabına kənarda qalan meşəbəyi Məmmədov Valeh Yaqub oğlu qoruduğu meşələrə qanim kəsilib, onu hər gün məhv etməklə məşğuldur. Mənim meşəilə bağlı yuxarı orqanlara dəflərlə etdiyim şikayətlərə görə nəzarətə götürülmüşdüm. Belə ki, bir neçə gün əvvəl, oktyabrın 27-də Oğuzun Xalxal kəndindən Məmmədov Vüqar Bəxtiyar oğlunun meşədən çörək bişirmək üçün gətirdiyi bir neçə qucaq çin-çırpıya görə onu yerli polislər cəzalandıraraq UAZ maşınını həbs etdiklərinə görə şikayət etmişdir. 29-da onu polisdə səhər saat 8-dən axşam saat 7-yə kimi tutub saxlayıblar ki, şikayətini geri götürsün. Sonra xəbər tutublar ki, əvvəllər meşə məsləsilə bağlı mən də yuxarı orqanlara şikayətlər yazmışdım. Ona görə də 29 oktyabr , saat 15 radələrində mən aptekdən dərman alıb evə qayıdarkən 3 ədəd polis maşını evimə basqın edərək ailə-uşağın yanında məni təhqir edərək bizimlə Polis Şöbəsinə getməlisən dedilər. Mən soruşanda ki. axı nə xəbər var? Dedilər ara gedək şöbəyə səni başa salacağıq. Mən uzun illərdən sonra himayəmə körpə uşaq götürmüşəm. Uşaq polislərin mənə qarşı bu zorakılığını-qışqırtılarını görüb çox böyük stress keçirmişdir. Biz polisə etibar edib evdə rahat yatmaq əvəzinə uşaqlarımız çölə çıxmağa polislərdən qorxur. Mən şöbəyə getdikdən sonra bildim ki, Oğuz rayon YPX rəisi Tahir və Oğuz RPŞ-nin Cinayət Axtarışlar şöbəsinin rəisi Ceyhun çağırtdırıb. Ceyhunun otağına daxil olanda o ayağını ayağının üstünə aşırıb Azərbaycan polisinə layiq olmayan dərəcədə – nədi yenə bizdən yazırsınız deyib pis-əxlaqsız söyüşlər söydü və dedi ki, ölkə rəhbərliyi bütün Respublikanı polisə tapşırıb, səlahiyyət verib. Kim nə istəyir yazsın. Yazmayanı da ( nalayıq söyüşlər söydü) və dedi ki, lazım gəlsə evindən narkotik, nə desən. Silah da çıxardaram. YPX rəisi Tahir də özünü rayonda reket kimi aparır.Hansı ki, gördüyü bütün işləri qanunsuzdur.Neçə vaxtdır ki, evimin qabağında Oğuz polisləri mənə nəzarət edirlər. Hara gedirəm, kimnlə görüşürəm və s.
Cənab Prezident! Biz söz azadlığı olan bir dövlətdə yaşayırıqsa, Ceyhun kimi məsuliyyətsiz və tərbiyəsiz polislər bu dövləti və qanunlarımızı saymırlar. Siz bütün çıxışlarınızda deyirsiniz ki, mən Xalqın xidmətçisiyəm.Ancaq Ceyhun kimilər deyir ki. Xalq mənim xidmətçilərimdir. Biz başa düşürük ki, Siz xarici düşmənlərə qarşı müharibə apardığınız bir vaxtda daxildə xalqa şər-böhtan atan Ceyhun kimi polislər var. Ona görə də bütün aidiyytı orqan rəhbərlərindən xahiş edirəm ki, Ceyhun, Tahir kimi polislərinbiz sadə vətəndaşlara qarşı törətdikləri qanunsuz –tərbiyəsiz hərəkətlərə görə tədbir görsünlər. Əvvəldən minnətdarlığımı bildirirəm.
Digər xahişim də ondan ibarətdir ki, yerli polislə meşə idarəsi müdirinin ortaq razılaşmaları əsasında Oğuz meşələrində aparılan kütləvi ağacların məhv edilməsinin qarşısı dərhal alınsın. Ombudsman Aparatı rəhbəri də 4 ay əvvəl Nazirliyin müavini olan Firdövsi Əliyevə və mənə rəsmi məktub yollayıb ki, meşələrin kütləvi məhvi ilə bağlı faklar araşdırılsın. Amma nə fayda. “Dəyirman öz bildiyindədir” Vandalizm davam edir. Qısası bu nazir müavini F.Əliyev yerli meşə quldurlarıilə əlbir olduğuna görə heç bir tədbir görmür və görmək belə istəmir. Əksinə, təqdim etdiyim faktlar gizlədilir. Xahiş edirəm, Oğuz meşələrinin məhv edilməsinin qarşısının alınması barədə göstəriş verəsiniz.
Aktualinfo.org