Mövlud Çavuşoğlu: “Terrordan əziyyət çəkmiş bir millət olaraq hər cür terrorizmə qarşıyıq”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avstriyada baş verən terroru qınayıb.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə açıqlama verən nazir  terrordan əziyyət çəkmiş bir ölkə və millət olaraq hər cür terrorizmə qarşı olduqlarını bildirib:

“Bir daha bu terror hücumunu qınayırıq. İki vətəndaşımız Rəcəb Tayyib Gültəkin və Mikayıl Özen, həyatlarını təhlükəyə ataraq dünən axşam terrorçulara müdaxilə edib və terror hücumunda zərərçəkənlərə kömək ediblər. Onlardan biri qardaşımız Rəcəb Tayyib ayağından yaralanıb. Bu səhər onlarla telefonla danışdıq. Dediyi kimi, iki qardaşımız müsəlmanın və türkün etməli olduqlarını ediblər. Bu səbəbdən həm Avstriya, həm də Avropada və dünyada yaşayan türklər eyni hissə sahibdirlər və inteqrasiya baxımından hər kəsə nümunə olublar”, – deyə o qeyd edib.

Xatırladaq ki, Avstriyanın Vyana şəhərində baş verən terror hücumu nəticəsində beş nəfər ölüb, 18 nəfər yaralanıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password