ABŞ-dakı seçkilərin nəticələri Türkiyənin siyasətinə necə təsir edəcək?

 

ABŞ tarixinin ən önəmli seçkisinə saatlar qalıb. Mən seçkidə yekun nəticənin bu həftə alına biləcəyini düşünməsəm də, istənilən halda, nə baş verməsindən asılı olmayaraq, ABŞ və dünyada tarixin yazıldığı önəmli günlərin içindəyikTramp udsa da, uduzsa da, tarixin gedişatına damğa vuracaq hadisələrin olacağı qəti kimi görünür.

Trampın qalib gəldiyi halda, cəmiyyətdə sosial və siyasi ritorikanı zirvəyə qaldıran populist siyasi hərəkatların, yedikləri bir sıra zərbəyə rəğmən, hələ də öz canlılıqlarını qoruduqları ortaya çıxacaqdır. Və bu, dünyadakı bənzər populist hərəkatlar üçün ümidverici bir hadisə olacaqdır.

Tramp uduzduğu halda, siyasi, sosial-mədəni ritorikanı son dərəcə bəsit səviyyəyə endirərək mədəni cəmiyyətin diskurslarına (düşüncə, danışıq dili – tərc.) zərbələr vuran populist hərəkatlara verilməsi gözlənilən siyasi reaksiyanın daha erkən verilməyə başladığını anlayacağıq. Bu da populist hərəkatlara müxalif hərəkatlar, belə hərəkatların olduğu ölkələr üçün ümidverici olacaqdır.

ABŞ, özünü nə qədər içinə qapatmağa, sadəcə öz problemlərilə baş-başa qalmağa çalışsa da, qloballaşan dünyadakı mövqeyilə bağlı, istəmədən də olsa, dünyanın maraqla izləməyə və öz inkişafı ilə dünyaya təsir etməyə davam edəcək bir super gücdür.

Bu səbəblə, bizlər də daxili problemlərimizlə içimizə qapanmaqdan çıxaraq, ABŞ-da baş verənləri yaxından izləməyə davam etməliyik. Çünki bizim içində yaşadığımız problemlər də ABŞ-dakı hadisələrdən müstəqil deyil, heç zaman da olmadı. Bunun yaxın gələkdə ola biləcəyi də şübhəlidir.

Ona görə də qarşıdakı günlərdə ABŞ-da hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq, Türkiyə öz milli maraqlarının tələblərinə uyğun olaraq prezidentlik postuna oturacaq şəxslə normal əlaqələrini davam etdirməyə çalışmalıdır. ABŞ administrasiyasında bunu istəməyən şəxslər olsa da, Türkiyə onlara fikir vermədən öz məsuliyyətini yerinə yetirməli və super güclə əlaqələrini öz milli maraqlarına uyğun şəkildə nizamlamalıdır.

Tramp yenidən seçilərsə, onu tanıdığımızı hesab edərək davranışlarını informasiya kimi qəbul etməməliyik. Çünki daha öncə də yazdığım kimi, son dövrlərdə Türkiyənin xarici siyasətdə yaşadığı bütün tıxanmaların təməlində Tramp administrasiyasının vermiş olduğu qərarlar yatır. Dolayısilə, qarşıdakı dövrdə Tramp yenidən seçilərsə, “o, bizi anlayır, əlaqələrimiz onsuz da yaxşıdır” deyərək düşünmədən, sanki əlaqələrimiz yaxşı deyilmiş kimi davranaraq siyasət işləyib hazırlamalı ola bilərik.

Baydenin seçildiyi halda bizim edə biləcəyimiz ən böyük xəta onun bizə qarşı olduğunu düşünüb, “iki ölkə arasındakı əlaqələr onsuz da pisləşəcək” deyərək addımlar atmaq olacaqdır.

Unutmayın ki, prezident olanların bir çox durumda ABŞ dövlətinin uzunmüddətli maraqları üçün formalaşdırmış olduğu dövlət siyasətlərinə uyğun hərəkət etmək məsuliyyəti də vardır. Dolayısilə, prezident postuna kimin oturması hər zaman o qədər də önəmli olmaya da bilər. Bunu da unutmayın.

Dediyim kimi, istənilən halda, dünya üçün çox önəmli olan günlərə girməkdəyik. Qarşıdan gələn günlərdə gözümüz və qulağımız ABŞ-da olacaq.

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 03 noyabr 2020-ci i

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password