Ərdoğan nazirləri toplayır – Qarabağ münaqişəsi də müzakirə olunacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Nazirlər Kabinetinin növbəti iclası baş tutacaq.
Nazirlərin müzakirə gündəminə 4 məsələ daxil edilib.
İclasın əsas gündəm maddəsi İzmir zəlzələsi və şəhərsalmadır. Bundan başqa, ölkə miqyasında koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunacaq.
Nazirlər həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini masaya yatıracaq. Bunun fonunda Şərqi Aralıq dənizindəki son durum detallı şəkildə ələ alınacaq.
İclasın digər müzakirə mövzusu BMT-nin nəzdində Liviyadakı münaqişə tərəfləri arasında təmin edilən atəşkəs olacaq.
Münaqişələrlə bağlı meydandakı vəziyyəti Müdafiə nazir Hulusi Akar, diplomatik istiqamətdəki vəziyyəti isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çatdıracaq.