Hacettepe Universitetindən dünyaya Qarabağ mesajı – 52 alimin imzası

Sosial Tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə tərəfdaşı olduğu Türkiyənin nüfuzlu Hacettepe Universitetinin senatı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyən bəyanat verib və düşmən tərəfinin işğal faktına səssiz qalan beynəlxalq ictimaiyyəti qınayan qərar imzalayıb.

Sənəddə Ermənistanın Azərbaycan torpaqları – Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etməsi, təcavüzkar siyasəti öz əksini tapıb.

Bildirilir ki, Hacettepe Universiteti atəşkəsi pozan, mülki əhalini hədəfə alan, uşaqların, qadınların, yaşlıların yaralanmasına, ölümünə səbəb olan Ermənistanı, beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərə zidd şəkildə onu dəstəkləyən ölkələri və səssiz qalan beynəlxalq təşkilatları qınayır. Eyni zamanda, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasına və ATƏT-in qərarlarına, beynəlxalq hüquqa məhəl qoymayan işğalçı Ermənistanın bu davranışına reaksiya verməyə dəvət edilir. Münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunacağını ümid ifadə olunur.

Qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilənə qədər dost və qardaş Azərbaycanın yanında olacaqlar.

Sonda bəzi avropalı siyasətçilərin, media qurumlarının müsalmanların mənəvi dəyərlərini təhqir edən hücumlarının demokratiya, söz azalığı ilə əsaslandırıla bilməyəcəyi qeyd olunur. Keçmişdə və günümüzdə müsəlmanlara və onların mənəvi dəyərlərinə qarşı edilən bu cür hücumlar qınanılır. Avropada yaşayan, fərqli dinlərin nümayəndələri arasında hörmət, tolerantlıq və birgəyaşayış mədəniyyətini dəstəkləyən səssiz çoxluğun məsuliyyətsiz siyasətçilərə və media qurumlarına lazımi reaksiya göstərəcəyinə inam ifadə olunur.

Sənədi Universitetin 52 səlahiyyətli senat üzvü imzalayıb və dəstək üçün bir çox dünya universitetlərinə göndərilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password