Gürcüstanın yeni parlamentinə 9 partiya keçir

Gürcüstanın yeni X çağırış parlamentində 9 siyasi partiya təmsil olunacaq.

Gürcü Arzusu Partiyasının qanunverici orqanda proporsional sistem üzrə seçilən 61 deputatı olacaq.

Hakim partiya 30 majoritar dairənin 14-də qalib gəldiyinə görə mandatlarının sayı 75-ə çatacaq.

Parlamentdə çoxluğunu təmin etmək və hökuməti formalaşdırmaq üçün “Gürcü Arzusu”na yalnız bir mandat tələb olunur. Bunun üçün partiyaya noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turunda 16 majoritar dairənin birində səs çoxluğu qazanmaq kifayət edəcək.

Seçkilərin ilkin nəticələrinə əsasən, “Vahid Milli Hərəkat – Güc birlikdədir” seçki bloku 35, Avropalı Gürcüstan Partiyası 5, “Aqmaşenebeli strategiyası” siyasi birliyi 4, “Lelo” partiyası 4, “Vətənpərvərlər Alyansı” 4, “Qirçi” 4, “Vətəndaşlar – Aleko Elisaşvili” hərəkatı 2, Leyboristlər partiyası isə 1 mandat əldə edib.

Qeyd edək ki, yeni seçilən parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password