İran Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir – İran XİN

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif etdiyi planın bəzi detallarını açıqlayıb.

İran münaqişə tərəflərindən cavab gözləyir.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin başladığı gündən etibarən İran Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə ilə danışıqlar aparır:

“Biz hesab edirik ki, müharibə region ölkələrinə daha çox zərbə vurur, ona görə də bu ölkələr müharibənin bitməsinə daha çox təsir edə bilər. Biz danışıqları bu kontekstdə aparırıq”.

Nazir vurğulayıb ki, İran ATƏT Minsk qrupu kimi formatlarla rəqabət aparmaq niyyətində deyil:

“Bizim planımızın vacib xüsusiyyətlərindən biri odur ki, bu plan müvəqqəti atəşkəsin əldə olunmasına deyil, fikirayrılıqlarının və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən tamamilə geri çəkilməsinə gətirib çıxaracaq həllinə yönəldilib”.

Nazir əlavə edib ki, indi Tehran təklif olunan layihə üzrə Bakı, Yerevan, Moskva və Ankaradan cavab gözləyir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password