Türkiyədə zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb – YENİLƏNİB
İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.
***
Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26-ya, xəsarət alanların sayı isə 885-ə yüksəlib.
Aktualinfo.org xəbər verir ki, dağıntılar altından 100-dən çox insan çıxarılıb.
İzmirdə məktəblər bir həftəlik bağlanıb.
Qeyd edək ki, oktyabrın 31-də İzmirdə 6,6 bal gücündə zəlzələ olub.