Qarabağı itirən Paşinyan Ermənistandan ötrü Putinə yalvardı: “Bizi qoruyun!”
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə işğal edilən Dağlıq Qarabağda gedən müharibə nəticəsində yaranan vəziyyəti və ortaya çıxan problemləri ətraflı izah edən bir məktub göndərib.
Bu haqda məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, məktubda, Yaxın Şərqdən olan yaraqlıların Dağlıq Qarabağda gedən döyüş əməliyyatlarına cəlb edilməsi halları vurğulanıb (Bunu sübut edən heç bir dəlil yoxdur).
“Azərbaycan Ordusu ölkəmizin sərhədlərinə yaxınlaşıb, Ermənistan ərazisinə iddiaları ortaya çıxıb. Bu baxımdan Baş nazir Rusiya ilə Ermənistan arasındakı müttəfiqlik münasibətlərinə əsaslanaraq, təhlükəsizliyi təmin etmək üçün Rusiya Federasiyası Prezidentinə müraciət edib”. XİN-in bəyanatında belə deyilir.
Haşiyə: Məktubun məzmunundan belə çıxır ki, Paşinyan Dağlıq Qarabağı tamamilə itirdiyini etiraf edib, çünki bu bölgə ilə bağlı bir kəlmə belə yoxdur. Onların qorxusu Azərbaycan Ordusunun Meğri rayonunu ələ keçirmək və Naxçıvanla quru yolu bərpa etməkdir./konkret.az/