Türkiyənin bayrağı Heydər Əliyev Mərkəzi və BOS üzərində

Türkiyənin Cümhuriyyət Günü münasibətilə oktyabrın 29-da Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

Trend xəbər verir ki, bu, “bir millət, iki dövlət” olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirdi.

Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, bu gözəl günü bütün dünyada qeyd edirik. Azərbaycan da bizim bu sevincimizi bölüşür. Bu məqsədlə də Heydər Əliyev Mərkəzinin möhtəşəm binası üzərinə Türkiyə bayrağı videoproyeksiya olunur.

Səfir qeyd edib ki, bu günlərdə Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri çox önəmli, çox gözəl günlərdən keçir. Türkiyə Azərbaycanın öz torpaqlarını azad etmək üçün başlatdığı haqlı mübarizədə qardaş ölkənin yanında olduğunu bəyan edib. Bu, bizim qardaşlıq vəzifəmizdir.

Qeyd edək ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib.

Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin əyani göstəricisidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password