Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağı müzakirə etdilər
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla telefonla danışıb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər Dağlıq Qarabağdakı vəziyyət və son proseslər haqda müzakirələr aparıblar.
Bir az əvvəl nazirlərin telefon danışığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi də məlumat yayıb.
Bildirilir ki, nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.
Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi vurğulanıb.