Fransız deputat Makronu sərt tənqid edib
Samuel Pati adlı müəllimin öldürülməsindən sonra terrorla mübarizə mövzusunda dövlətin bütün təbəqələrinin infrastrukturunun gücləndirilməsinə dair fikir yürütmək yerinə ürəkbulandıran müzakirələr aparılır.
Bunu Avropa Parlamentinin fransalı deputatı Manon Aubri “Mediapart” portalındakı məqaləsində qeyd edib.
“Çarli Hebdo” dərgisi və Prezident Emmanuel Makronun İslam dini və müsəlmanlara qarşı radikal addımlarını sərt dillə qınayan parlamentari bildirib ki, ölkə tarixində irqçilik hələ bu qədər qanuniləşdirilməmişdi: “İrqçi sözlər və nifrət bəsləyən insanların ittihamları media və sağçı siyasətçilər tərəfindən heç bu qədər qanuniləşdirilməmişdi. Siyasi islamçılığı maliyyələşdirən diktatorlara silah satan və razılaşmalar imzalayan liderlərin çıxışlara və ənənəvi katolik məktəblərinin inkişafına nişan verən Təhsil naziri Blankerin dünyəvilik mövzusundakı tövsiyələrinə dur deyilməlidir”.
Aubri dini azadlığın qorunmalı olan ən əsas azadlıq olduğunu xatırladıb.