Ermənilər Fransada türklərə hücum etdilər – YARALILAR VAR
Ermənistana dəstək nümayişləri səbəbindən Fransanın Lion şəhərində magistral yol bağlanıb, erməni və türk qrupları arasında qarşıdurma yaşanıb.
“Euronews”un yazdığına görə, hadisə yerində olan türk və erməni qrupları arasında baş verən toqquşmada ən az iki nəfər yaralanıb.
Yerli mətbuata görə, 16 yaşlı bir nəfər bıçaqla, 23 yaşlı bir nəfər isə çəkic zərbəsi ilə yaralanıb. Nümayişin keçirildiyi bölgəyə çoxlu sayda təcili yardım cəlb olunub, yaralılar xəstəxanaya aparılıb.
Lion və Marsel şəhərlərini birləşdirən magistral yolda baş verən nümayiş nəqliyyatın səhər saatlarından ikitərəfli olaraq kəsilməsinə səbəb olub, kilometrlərlə tıxac yaranıb.