Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan yaralanıb.

Bu barədə separatçı rejimin sözdə Prezidenti Araik Arutyunyan öz feysbuk hesabında məlumat verib.

O, “general-leytenant” Mikael Arzumanyanı bu vəzifəyə təyin etdiyini bildirib.

Separatçı rejimin “başçı”sı Cəlal Arutyunyanın vəzifədən çıxarılmasına döyüşlərdə yaralanması səbəbindən qərar verildiyini qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password