Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan yaralanıb.
Bu barədə separatçı rejimin sözdə Prezidenti Araik Arutyunyan öz feysbuk hesabında məlumat verib.
O, “general-leytenant” Mikael Arzumanyanı bu vəzifəyə təyin etdiyini bildirib.
Separatçı rejimin “başçı”sı Cəlal Arutyunyanın vəzifədən çıxarılmasına döyüşlərdə yaralanması səbəbindən qərar verildiyini qeyd edib.