Ermənistan Bərdəyə raket atıb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb

 

“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.

bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, – o qeyd edib.

Qeyd edək ki,oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password