27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir – Ömər Çelik

27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik deyib.

O təəssüflə qeyd edib ki, dünya Ermənistanın Azərbaycana qarşı aqressiyasını görmür və Ermənistana göndərilən silahları inkar edir: “Dünya ictimaiyyəti kimin sülh istədiyini, kimin isə istəmədiyini çox gözəl bilir. Ermənistan işğal eydiyi torpaqlarda möhkəmlənmək üçün daha da aqressivləşir”.

Ö.Çelik qeyd edib ki, Türkityə hər zaman Azərbaycanın yanındadır və bundan sonra da Azərbaycanın yanıda olmağa davam edəcək: “Sona qədər Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyənlər ilk nöbədə Ermənistan ordusunun işğal edilmiş əraziləri tərk etməsini təmin etməlidirlər. Azərbaycanlı qardaşlarımız öz vətənlərini müdafiə edirlər. Ermənistan isə işğalçıdır və dərhal Azərbaycan torpaqlarından çıxmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password