Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir?

 

Ermənistan iqtisadiyyatı savaşın ilk günlərindən mövcud duruma reaksiya verməyə başlayıb.

Bu sözləri açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, savaşın ilk günlərində Ermənistanda milli valyutası aparıcı valyutalara nisbətdə dəyərini itirməyə başlayıb:

“Artıq Ermənistanda inflyasiya səviyyəsinin yüksəlməsi qeydə alınıb. Son həftə ərzində Ermənistan parlamenti dövlət büdcəsinə baxaraq, rəsmi İrəvanın xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul edib. Ermənistan əslində daha çox emissiya və ya xarici borclanmaya getməsi ilə hazırda müşahidə edilən iqtisadi və sosial problemləri müəyyən qədər səngitməyə çalışır. Ermənistan iqtisadiyyatı da buna reaksiya verir”.

Millət vəkili bildirib ki, istehlak bazarında müşahidə edilən qiymət artımı da Ermənistan iqtisadiyyatında ciddi problemlərin olmasından xəbər verir:

“Ermənistanda bir sıra supermarket və şirkətlər erməni ordusuna “yardımlar”ını istehlak bazarında öz məhsullarının qiymətini artırmaqla Ermənistan vətəndaşlarının hesabına kompensasiya edirlər. Bu da təbii ki, Ermənistanın istehlak bazarında qiymətlərin artmasına və inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır”.

V.Bayramov növbəti dövrlərdə də Ermənistanda qiymət artımının davam edəcəyinin gözlənildiyini qeyd edib:

“Ermənistan üçün postsavaş dövrü iqtisadi baxımdan kifayət qədər ağır bir dövr olaraq qiymətləndirilir. Aparıcı beynəlxalq qiymətləndirici şirkətlər Ermənistanın kredit reytinqini azaldır. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə Ermənistan iqtisadiyyatında daha böyük tənəzzül müşahidə edəcəyik. Bu da Ermənistanda yoxsulluq həddinin daha da dərinləşməsinə gətirib çıxaracaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password