Ermənilər övladına yas tutan gəncəliyə gülürdü… – Mixaylov

Bu gün Qarabağda baş verənlər rəsmi Bakının Nikol Paşinyanın simasında Ermənistan Respublikasının Soros rejiminin çoxsaylı təxribatlarına cavabıdır.

Bu sözləri tanınmış rusiyalı jurnalist, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov video-müraciətində bildirib.

Onun sözlərinə görə, uzun illər rusofobiya isteriyasının alovlandırılması, faşistlərin qəhrəmanlaşdırılması, Ermənistan ərazisində rus məktəblərinin bağlanması, ermənilərin özlərini müdafiə edən Rusiya Federasiyasının hərbi bazasına qarşı mitinqlər Moskva ilə İrəvan arasında münasibətlərin soyumasına səbəb olub:

“Azərbaycan təcavüzkar deyil. Bu ölkə uzun müddət öz torpaqlarının işğaldan azad olmasını gözləyirdi. Rusiya sonadək Ermənistanı ağıllandırmağa çalışdı ki, müharibə olmasın, amma… olan oldu. Azərbaycan torpaqlarını azad etmək üçün əməliyyatlara başladı. Azərbaycanlılar üçün azadlıq müharibəsi Vətən Savaşına çevrildi! Erməni hərbçiləri Azərbaycanın dinc Gəncə şəhərinə raket zərbələri endirdi. Bu raket zərbələri nəticəsində erməni hərbçilərinin Gəncədə südəmər körpələri necə öldürdüyünün şahidi oldum və sosial şəbəkələrin erməni seqmentində övladına və arvadına yas tutan bir insana güldüklərini gördüm. Sonra anladım ki, Ermənistan məhkumdur!”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password