Moskva ilə Bakını rəqabət gözləyir: Kim daha tez… – Kuznetsov
Nəzarətsiz sərhəd silahlardan, narkotiklərdən, qiymətli metallardan, nadir heyvanlardan tutmuş insan alverinə qədər beynəlxalq qaçaqmalçılıq üçün ideal yer idi. Bu kimi cinayətlərə görə bəzi ölkələrdə ölüm hökmü kimi ağır cəzalar tətbiq edilir. Amma tranzit sahiblərinə böyük mənfəət qazandıran “qanuni qaçaqmalçılıq” da var – məsələn, püstə və ya üzümün sərhəddən keçirilməsi…
Bu sözləri açıqlamasında rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov Azərbaycan Ordusunun Qarabağın cənubundakı İranla sərhədini tam nəzarətə götürməsi barədə danışkən deyib.
“Bir sərhədçi kimi Azərbaycan Silahlı Qüvvələrinin dövlət sərhədi xəttinə çıxması mənim üçün bayram və doğma yurda qayıdış faktıdır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, müxtəlif qiymətləndirmələrə əsasən, qondarma “dqr”ə hər ay qaçaqmalçılıqdan əldə olunan 400 milyon ABŞ dollarına qədər vəsait daxil olub, indi isə həmin gəlir mənbəyi artıq yoxdur:
“Bundan başqa, kriminal aləmdə nəyisə fors-majorun üstünə atmaq mümkün deyil. Onlar biznes zamanəti ilə hesablaşmalı olacaqlar. Əgər Azərbaycan Ordusu narkotik partiyasını əlinə keçirsə, kriminal sxemdə kiminsə bəxti gətirməyəcək. Kəlbəcər yolundakı tıxacda yoxsul Qarabağ kəndlilərinin dayandığını düşünənlər çox böyük səhv edirlər, orada hər iki nəfərdən biri müharibənin tələsinə düşmüş mafiozdur”.
Ekspert, həmçinin qeyd edib ki, İrəvan özünü ödəmə qabiliyyəti olmayan tərəfdaş kimi göstərib və Rusiya sərhədçiləri bu gün artıq Ermənistanın sərhədlərini öz nəzarəti altına götürüblər:
“Ölkə Rusiya qaydalarına uyğun qanuna tabelilik vəziyyətinə gətiriləcək. Bu halda Rusiyanın Azərbaycanla rəqabəti maraqlı olacaq – kim daha tez bərpa edəcək: Azərbaycan Qarabağı, yoxsa Rusiya Ermənistanı”.axar.az