Bəzi amerikalılar İlham qardaşıma (Azərbaycan Respublikasının prezidenti – red.) zəng edib “biz sizin yanınızda kimin dayandığını bilirik. Ərdoğan var, Türkiyə var. Lazım gəlsə, sanksiya tətbiq edərik” deyirlər.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı çıxışında deyib.
Ərdoğan bildirib: “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün günahlandırıldıq. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et! Biz sizə F-35 üçün addım atdıq, pulunu ödədik, siz bizim F-35-lərimizi vermədiniz. S-400-ləri Rusiyaya geri göndərməyimizi istədiniz. Biz qəbilə dövləti deyilik. Türkiyəyik, Türkiyə!”