Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
Hər şeyin öz zamanı var, deyirlər. Zaman məfhumu böyükdür. Bu bir saniyə də ola bilər, min il də. İnsan həyatı orta hesabla 80 ildirsə, deməli min il tarix bir insanın görəcəyi tarix deyil. Tarixləri də insanlar yaradır, hər ölkə, hər millət öz siyasətinə uyğun tarix cızır və çox zaman o tarixlər gələcək nəsillər üçün örnək olur. Yalan da olsa, hamı ona inanır.
Eynən erməni tarixi kimi. 1918-ci ilədək heç vaxt dövləti olmayan bu toplum sanki dünyanın ən qədim millətidir və ən qədim dövlət də məhz onlara məxsus olub.
Onlara qonşu olan Azərbaycan və Gürcüstanın isə tarixlərini hər yolla kölgədə qoymağa, daha doğrusu, kölgəsiz yaddaşlara hopdurmağa çalışıblar.
Kölgəsi olmayan şeyin əslində özü də yoxdur. Ya da həmişə o, qaranlıq bir dünyada yaşadığından kölgə sala bilmir.
Erməni yalanları təkcə bizi deyil, bir çox ölkələrin tarixlərini bax beləcə kölgəsiz qoymağa çalışıb.
Bunlar ona necə nail olublar? Cavabı isə sadədir. Yalan danışmaqla. Digər keyfiyyətlər bu yalanların kölgəsində gizlənir.
Azərbaycanın isə o kölgədən çıxmağı qoşa “2” ilə qoşa sıfırın yaratdığı 2020-ci ilin 27 sentyabrına təsadüf etdi. Bu rəqəm bilərəkdənmi seçildi, yoxsa təsadüfdənmi, bunu bilmirik. Bunu bilirik ki, həmin gün bizim üçün çırpınmaq günü idi. Erməni yalanlarından qurtulmağın zamanı məhz o günün bəxtinə düşdü.
O gün erməni ordusunun “yenilməzliyi” haqda yaranan mif puç oldu. Ordumuzun məharəti elə ilk gündən cəbhə xəttində özünü göstərdi, ardıcıl demək olar ki, hər gün yaşayış məntəqələrimiz, şəhər və qəsəbələrimiz işğaldan azad olundu. Və getdikcə tariximizin kölgəsi uzandı. O kölgənin altında belə əsgərimizin dincəlməyə vaxtı olmadı. İrəli getmək, erməni mifini tam kölgəsiz qoymağın məqamı idi. O məqamdan isə Azərbaycan əsgəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə istifadə etməliydi. Və etdi də..
İndi özlərinə yalançı tarix yazan, hər vəclə bizi kölgəsiz qoymağa çalışan erməni toplumu Türk PUA-larının səsindən gizlənməyə deşik axtarır. Artıq deşiklərdə yer də qalmayıb. Tanklarımızın tırtılları altında torpağa yapışıb.
Torpağı itirilən Azərbaycan bu günün kölgəsini tapdalamaq üçün 30 il ömür sürüb. Bu 30 ildə o torpağın həsrəti ilə qovrulan, kirpiklərində göz yaşları quruyan, ciblərində evlərinin açarını gizlədən analarımız, darvazaların kandarında yol gedən insanlardan müharibə xəbərini gözləyən atalarımız o dünyaya getdilər.
Müharibədən xoş xəbər isə İlham Əliyevdən gəldi. Yoldan keçənlər müharibəyə getdilər. Ölən ataların evin kandarında qalan izləri onlara iz oldu. O izlə əsgərlərimiz Talışa, Suqovuşana, Hadruta, Füzuliyə, Cəbrayıla, Zəngilana… getdi.
Yəqin yaxın günlərdə Qubadlıda, Laçında, Xocavənddə, Şuşada, Xankəndidə, Kəlbəcərdə, Əsgəranda, Xocalıda və Ağdamda olacaqlar.
Ağdam SSRİ-nin Stalinqradıdır. Bir daşı belə daş üstə qalmayıb. Ermənilər daşıyıb Qarabağda özlərinə ev-eşik qurub. İndi o ev-eşiklər də ermənilərsiz qaldı.
Hamısı qaçıb İrəvana getdi.
İşğalda qalan el-obamızın çoxu Stalinqraddır. Azərbaycan dövləti o yerlərin hamısını yenidən tikəcək və hər evin, hər küçənin öz kölgəsi olacaq.
Ən böyük kölgəni İlham Əliyev salacaq. 50 milyonluq Azərbaycan xalqı sərkərdəsini başları üzərinə qaldıracaq.
Qalib Xalqın qalib Sərkərdəsi…
Azərbaycan xalqına bundan sonra döyüşkən xalq deyəcəklər. Bu ad üçün bəlkə də əsrlərdir ki, yol gəlmişdik. O yolun başlanğıcı sentyabrın 27-dən başladı. Sonu isə hələ görünmür. Çünki erməni adlı riyakar, min sifətli bu toplum yenə də bizə qonşu olacaq. Deməli, çomağımıza çənəmizi dayamağın vaxtına hələ çox qalıb.
Neyləyək, Tanrı bizə belə qonşu qismət edib. Onların hər 100 ildə bir dəfə qırılmaq vaxtıdı.
Bizim isə kölgəsi olan Tarix yazmaq vaxtımızdı.
O Tarix 27 sentyabr 2020-ci ildə yazıldı…
Şakir Göyüşov, “Qaraqoyunlu.com” portalının Baş direktoru