Litvalı jurnalist erməni yalanlarını ifşa etdi

“Oyuna girəndə qaydalara da əməl etmək vacibdir. Əgər sən raket qurğularını şəhərdə parkın içində gizlədirsən və həmin parkı qarşı tərəf topa tutursa, onda dinc sakinlərin ölməsindən gileylənməyə haqqın yoxdur”.

Bbunu Xankəndinə ezamiyyətdən qayıdan litvalı fotomüxbir Vidmantas Balkunas “Dağlıq Qarabağ məktubları” silsiləsində qeyd edib.

“Yaxud silah-sursat anbarına çevirdiyin mədəniyyət evini dağıdan tərəfi necə qınaya bilərsən? Və yaxud qəsəbədə, yolun kənarında gizli şəkildə yerləşdirilmiş “S-300” raket qurğusunu götürək. Buna nə ad vermək olar? Kəşfiyyat tapsa, mütləq atəşə tutulacaq və çox güman ki, ətrafdakı dinc əhali, mülki tikililər zəyan çəkəcəklər”, – deyə V.Balkunasın reportajında vurğulanır.

Xankəndində, Şuşada guya irimiqyaslı dağıntılar olması barədə erməni təbliğatının yaydığı xəbərləri də təkzib edən litvalı jurnalist qeyd edir:

“Yerevanda bizə dedilər ki, Xankəndi bütövlükdə viran qoyulduğuna görə bundan sonra o biri şəhərləri bombalayacaqlar, Azərbaycan mümkün qədər çox ziyan vurmaq istəyir ki, ölkə iqtisadiyyatını taqətdən salsın. Biz bütün şəhəri başdan-başa keçdik. Bəzi yerlərdə sökülən pəncərələr sayılmasa, şəhərin mərkəzi dağılmayıb. Buna təəccübləndik. Sabah daha çox görməyə ümid edirəm”.

Şuşada olarkən jurnalist Azərbaycan tərəfindən qəsdən vurulmasına dair səs-küy qaldırılan kilsəni də görüb və məsələyə dair başqa ehtimal irəli sürüb: “Bir ehtimala görə, bu kilsə içəridə hərbçilərin ibadət etməsini əks edən video yayıldıqdan sonra partladılıb. Kilsənin üstündən dron keçdiyinə görə bunu qəsdən edildiyi irəli sürülüb. Hərçənd kilsədəki dağıntıların indiyədək təmizlənməməsi də adama qəribə gəlir. Burada oturacaqlar, uçan divar parçaları, hətta mərmi qəlpələri səpələnmiş vəziyyətdə qalıb. Bəlkə də, bunları gələn jurnalistlərə göstərmək üçün saxlayıblar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password