“Müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək” – “Nezavisimaya Qazeta”nın baş redaktoru

Rusiyanın tanınmış jurnalistlərindən və ictimai xadimlərindən biri, məşhur “Nezavisimaya Qazeta” dərgisinin sahibi və baş redaktoru Konstantin Remçukov hazırda davam edən Qarabağ müharibəsilə bağlı fikirlərini bölüşüb. 

Remçukov “Nezavisimaya Qazeta”da dərc olunan müsahibəsində son günlər ərzində Qarabağ münaqişəsilə bağlı daha aydın təsəvvür formalaşdığını söyləyib.

Baş redaktor Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibələrini əsas gətirərək qeyd edib ki, bu münaqişədə Azərbaycanın mövqeyi daha aydın və başadüşüləndir: “Son həftəərzində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Əvvəlki həftələrdə mənə elə gəlirdi ki, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb”.

Konstantin Remçukov qeyd edib ki, son dövrdə baş verənlər münaqişə ilə bağlı təsəvvürü xeyli dəyişib: “Bununla da bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir. Daha bir maraqlı məqam isə odur ki, hazırlıq vəəvvəldən toplanmış resurslar(Azərbaycan nəzərdə tutulur-red.) ilk baxışda göründüyündən daha çoxdur”.

Daha sonra Remçukov Türkiyənin münaqişədəki hazırkı roluna toxunub. Qeyd edib ki, Ermənistan Türkiyənin Avropa Birliyi ölkələri, Yunanıstanla konfliktləri, eləcə də Yaxın Şərqdə apardığı siyasətə görə tənqid olunmasından istifadə edərək, onu münaqişədə tərəf kimi göstərməklə, beynəlxalq sferada dəstək qazanmaq istəyir. O da Türkiyənin Azərbaycana hərbi dəstəyi və muzdlular göndərməsinə dair yalanların Ermənistan tərəfindən məhz bu məqsədlə yayıldığını düşündüyünü bildirib.   /azpolitika.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password