Tramp: “Yeni dərman içdim, özümü supermen kimi hiss etdim”
ABŞ Prezidenti Donald Tramp Regeneron şirkətinin koronavirusa görə hazırladığı yeni dərmanını içdikdən sonra özünü supermen kimi hiss etdiyini bildirib.
Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
“Altı ay əvvəl heç kimin eşitmədiyi Regeneron dərmanını qəbul etdim. Ertəsi səhər yuxudan oyanıram və özümü supermen kimi hiss edirəm”. Tramp Arizonada danışarkən belə deyib.
Tramp çıxışında amerikalılara koronavirus peyvəndinin erkən hazırlanacağını vəd edib və indi özünün koronavirusdən immunitetli olduğunu təkrarlayıb.
Ağ Evin sahibi epidemiyanın peyvənd olmadan da “öz-özünə keçəcəyini” və bunun tezliklə baş verəcəyini vurğulayıb. Həkimlər əvvəllər bu ifadələrə görə Trampı tənqid etmişdilər.
Xatırladaq ki, Tramp oktyabrın əvvəlində koronavirus xəstəliyinə tutulub və üç gün xəstəxanada yatıb./konkret.az/