Hazırda ən gərgin döyüşlər Qarabağın cənubunda və Laçın rayonunda gedir – Arutyunyan

“Güclü döyüş əməliyyatları bütün cəbhə xətti boyunca, xüsusilə Qarabağın cənubunda (Zəngilan-Qubadlı istiqaməti nəzərdə tutulur) davam edir. Eyni zamanda, ən ağır döyüşlər Laçın rayonunun Xanlıq (İşxanadzor), Kovsakan və Midjnavan yaşayış məskənlərinin ərazisində gedir”.

Bunu qondarma rejimin mətbuat xidməti “başçıları” Arayik Arutyunyana istinadən yayıb.

Mənbə bildirir ki, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Ermənistanın Qarabağı (işğal edilən Azərbaycan torpağı)  hər cür şəkildə dəstəklədiyini bildirib.

İrəvan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq bunun üçün lazım olan bütün tədbirləri həyata keçirir və həyata keçirəcək.

Qeyd edək ki, bu gün səhər tezdən Qarabağın cəbhə xəttində şiddətli döyüşlərin olduğu bildirilmişdi.

Xatırladaq ki, Qarabağ münaqişəsi zonasında 27 sentyabrdan bəri gərgin döyüşlər gedir. Azərbaycan Ordusu işğalda olan bir sıra yaşayış məntəqələrini geri qaytarıb./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password