“Bəs biz nə üçün, hansı günə lazımıq?”- sənətçilər cəbhəyə getməklərindən danışdı

Tarix yazan şanlı ordumuza, igid hərbçilərimizə bu gün hər kəs bacardığı qədər dəstək verir. Bu da hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır. Vətənin qəhrəman oğullarına dəstək olanlar sırasında sənətçilərimiz də üstünlük təşkil edir. Bəs, görəsən, sənətçilər hansı hallarda cəbhəyə yollana bilərlər?
 Açıqlama verən əməkdar artist Hüsniyyə Mürvətova bu günlərdə də əsgərlərlə görüşə getdiyini bildirib. Əməkdar artist deyir ki, bu, çox vacib addımdır.
“Bu həmişə belə olub ki, sənətçilər getməlidir cəbhə bölgələrinə. Nəyə görə? Ruh yüksəkliyinə görə.  Burda mən pis heçnə görmürəm. Sadəcə hər şey qanun çərçivəsində olmalıdır. İcazə verilməyən yerlərdə şəkil çəkdirib paylaşmaq, düşmən dəyirmanına su tökmək olmaz. Bəs biz sənətçilər nə üçün lazımıq?. “Bakı Bələdiyyə Teatrı məhz müharibə illərində yaranıb, həmin illərdən başlayaraq teatrımızın rəhbəri Amaliya Pənahova bizi bu ruhda tərbiyələndirib. Biz sanki bir əsgərik, həmişə döyüş bölgələrində olmuşuq, o vaxt teatr kollektivi Murov dağına kimi getmişdi. Dekabr ayında biz milli qəhrəmanımız Çingiz Qurbanovun ad gününə həsr olunmuş bir tamaşa hazırladıq. Demək olar ki, bütün cəbhə bölgələrinə getdik, o tamaşanı göstərdik. Bilirsiz əsgərlərin alqışı, onların aurası tam başqadır. Biz Fizulidə tamaşa göstərəndə tamaşamıza o zaman general-mayor Mais Bərxudarov da  gəlmişdi” deyə əməkdar artist bildirib.
Müdafiə Nazirliyinin xətti ilə bu gün də cəbhə bölgəsində təbliğat-təşviqat işləri həyata keçirilir. Xanəndə Mirələm Mirələmov da ifaları ilə əsgərlərə ruh yüksəkliyi verən sənətçilərdəndir:
 “Hər bir azərbaycanlının, hər bir vətəndaşın, hər bir musiqiçinin borcudur ki, əsgərlərimizin yanında olsun, mənəvi onlara dəstək olsun. Amma təbii ki, hər biri qanun çərçivəsində olmalıdır. Çünki orda hər bir xırda səhv böyük problem yarada bilər. Ona görə orada icazəsiz şəkil, video qətiyyən çəkdirmək olmaz. Onların hər birisi ilə təmasda olanda bildirirlər ki, 30 ildir biz bu günü gözləyirik. Mən burdan da hər birinə Allahdan can-sağlığı arzulayıram, inşallah ki, qələbə bizimlədir” deyə xanəndə bildirib.
Xalq artisti Nurəddin Mehdixanlı mövzu ilə bağlı bunları bildirib:
“ Bu günlərdə rəşadətli ordumuzun, əsgərlərimizin yanında olduq. Onlarda o qədər ruh yüksəkliyi gördüm ki. Biz də onlardan ruhlandıq.. Onlarla birgə şeir dedik, xanəndələr mahnı oxudu. Bunu biz yaşadıq.. O anları söz ilə ifadə etmək çox çətindir” deyə xalq artisti bildirib./moderator.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password