Ermənilər artıq hər şeyini uduzdu – Azərbaycan Avropaya bu resursu ilə daha vacibdir – BLOMBERG

Avropa qaz bazarına yeni mənbədən enerji tədarük ediləcək. BP ilə tərəfdaşları Azərbaycandan Avropanın cənubuna qədər uzanan qaz kəmərinin tikintisinin başa çatdığını elan edib.

Layihəni həyata keçirən konsorsium oktyabrın 13-də bəyan edib ki, ümumi uzunluğu 878 kilometr olan TAP kəmərinin tikintisi 4 il 6 ay davam etmiş işlərdən sonra demək olar ki, başa çatdırılıb. Konsorsiuma daxil olan tərəfdaşlar maliyyə əməliyyatına hazırlıq görür. Yeri gəlmişkən, “S&P Global Platts”ın rəhbəri Ceyms Hakstepin sözlərinə görə, bu kəmərin işə düşməsilə Avropa qaz şəbəkəsində yüklənmə daha da artır: “Hazırda qitənin qaz şəbəsi mayeləşdirilmiş qazın tədarükünü həyata keçirməyə və böyük miqdarda qaz nəqlinin öhdəsindən gəlməyə çalışır”.

“S&P Global Platts” enerji sənayesinin təhlili ilə məşğuldur. Qeyd edək ki, TAP kəməri vasitəsilə İtaliyaya illik 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə 1 milyard kubmetr qaz nəql ediləcək. Bununla da sadalanan ölkələrin Rusiyadan və Şimal dənizindən tədarük etdikləri qazın həcmi azalacaq.

“TAP Cənubi Avropa ölkələrinə qaz nəqlində əsas amilə çevrilir”, – deyə Hakstep bildirib: “Bu, əslində, Şimal-Qərbi Avropaya qaz tədarükünə dolayı yolla təsir göstərəcək. Beləliklə, bir müddət sonra qitənin cənubunda yerləşən ölkələr əvvəlki mənbələrdən daha az enerji resursu tədarük edəcəklər”.

TAP kəmərinin tikintisinin başa çatması Avropa İttifaqı (Aİ) üçün mühüm əhəmiyyət kəsb edir. Aİ uzun illərdir enerji mənbələrini şaxələndirməyə, bununla da Rusiyadan asılılığı azaltmağa çalışırdı.

Bu arada, Almaniya Rusiyanın həyata keçirdiyi mübahisəli “Şimal axını-2” qaz kəmərini dəstəkləyir. Bu kəmər Baltik dənizi vasitəsilə qitəyə qədər uzanacaq.

TAP isə “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir. Bu layihə vasitəsilə Rusiyaya alternativ olan enerji mənbələrindən qaz tədarük olunacaq. Azərbaycan və Xəzər dənizi hövzəsinin enerji resursu İtaliyaya məhz TAP kəməri vasitəsilə nəql ediləcək. Odur ki, layihəni istər İtaliya, istərsə də Türkiyə dəstəkləyir.

Yeri gəlmişkən, bu gün Avropanın qaz tədarükün təxminən üçdə biri Rusiyanın payına düşür. TAP-la birgə həyata keçirilən bir neçə layihə qitənin Rusiya qazından asılılığının azaldılmasına istiqamətlənib. Digər layihələrə misal kimi, “Baltik kəməri” (Norveçdən Polşaya qədər uzanan qaz kəməri) və Avropanın sahil bölgələrində tikilən yeni mayeləşdirilmiş qaz terminallarını göstərmək olar.

Bir sözlə, Avropa qaz şəbəkəsini şaxələndirmək niyyətindədir. Sadalanan layihələr də buna hesablanıb. “S&P Global Platts”ın ötən ay dərc etdiyi hesabatında qeyd edilir ki, “bütün bu layihələri Rusiyaya qarşı “vahid cəbhə” kimi qiymətləndirmək olar”.

Qeyd edək ki, TAP layihəsində BP, SOCAR, İtaliyanın qaz nəqli ilə məşğul olan “Snam SpA” şirkəti, Belçikanın “Fluxys” və İspaniyanın “Enagas SA” şirkətləri əməkdaşlıq edir.

Yeri gəlmişkən, “Bloomberg Intelligence”in təhlilçisi Elçin Məmmədovun sözlərinə görə, yeni tədarükünün bazara təsirini əslində, qaz nəqlinin həcmi artırıldıqdan sonra görmək mümkün olacaq: “Bu, kəmərin işə düşməsindən təxminən 6 ay sonra anlaşılacaq. Amma proses daha da uzana bilər. Çünki bu gün Avropa bazarına böyük miqdarda qaz tədarükü Azərbaycanın enerji resursuna təlabatı bir az azaldır”.

“Hər halda, TAP Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək, qaz mənbələrinin şaxələndirilməsinə kömək edəcək”, – deyə Məmmədov vurğulayıb.

Bu arada, son iki ildə qış fəslinin ötən illərlə müqayisədə isti keçməsi və koronavirus pandemiyası üzündən Avropanın qaz ehtiyatı artıb. Bundan başqa, Avropada bu gün qazın qiyməti son 10 ilin orta illik göstəricisindən aşağıdır. Niderlandın enerji şirkəti olan “Eneco”nun baş qaz treyderi Ahmed Hammudanın sözlərinə görə, Azərbaycandan qaz tədarükü daha çox Cənubi Avropa ölkələrinə təsir göstərəcək. Onun fikrincə, nəticədə Avropanın cənubuna nəql edilən mayeləşdirilmiş qazın və Rusiya təbii qazının həcmi azalacaq: “Bu, Niderlandla İtaliya şirkətləri arasında bağlanan müqavilələrdəki uçurumu da azaldacaq. Biz bunu “PSV” ilə “TTF” şirkətləri arasında əlaqələrdə müşahidə edirik. Artıq onlar son 5 ildəki qədər ödəmələr həyata keçirməyəcək”./ tərcümə – WorldMedia.Az/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password