Bakı Slavyan Universitetində tələbələrin onlayn formada qeydiyyatı başa çatıb

Xəbər verdiyimiz kimi, sentyabrın 25-dən etibarən Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində I tədris ilinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada həyata keçirilməsinə başlanılıb. Məlumat üçün bildiririk ki, BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmri ilə universitetə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada təşkil edilməsi məqsədilə rektorun sədri olduğu və tərkibinə bu ali təhsil müəssisəsinin müvafiq strukturlarının əməkdaşlarının daxil edildiyi 11 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası yaradılıb. Sənəd Qəbulu Komissiyasının Məsul katibi Tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılovdur. Məlumat üçün onu da bildiririk ki, 2020-2021-ci tədris ilində BSU-ya ali təhsilin bakalavriat səviyyəsinə 26 ixtisas üzrə 950 nəfər qəbul olunub.

Sənəd Qəbulu Komissiyasının qarşısında universitetə qəbul olunan tələbələrin sənədlərinin qeydiyyatı prosesində qarşıya çıxan məsələlərin mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla çevik şəkildə həllinin təmin edilməsi vəzifəsi qoyulub. Sənəd Qəbulu Komissiyası universitetin I tədris binasında Heydər Əliyev Tədris Mərkəzində şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərib. Qeyd etmək lazımdır ki, Sənəd Qəbulu Komissiyası tələbələrin onlayn qeydiyyatını çevik şəkildə, yüksək peşəkarlıqla həyata keçirib və vətəndaş məmnunluğu təmin edilib. Ümumilikdə Sənəd Qəbulu Komissiyası öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Onlayn qeydiyyat oktyabrın 14-də başa çatıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password