TAP-nin tikintisinin başa çatması mühüm hadisədir – Ağ Ev
“Trans-Adriatik” (TAP) qaz boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımdan mühüm əhəmiyyət daşıyır.
Bu barədə ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu “Twitter” hesabından bildirib:
“Əhəmiyyətli dərəcədə hazır olan TAP ilə Avropanın enerji təhlükəsizliyi irəli aparıldı. TAP kəməri Yunanıstan sərhədindən tutmuş İtaliyadakı terminalaradək təbii qazla doldurulub”.
#EuropeanEnergySecurity advances with the Trans Adriatic Pipeline being substantially complete. The TAP pipeline has been filled with natural gas from the #Greek border up to the pipeline receiving terminal in #Italy. https://t.co/4ZI4qBGDuw
— EnergyAtState (@EnergyAtState) October 14, 2020
Bununla yanaşı, Yunanıstandakı səfir Ceffrey Pyatt tərəfindən dəyərləndirmə açıqlanıb: “TAP kəmərini Cənubi Avropada enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin inşasındakı daha bir böyük nailiyyət münasibətilə təbrik edirəm”.