Nikol Paşinyan beynəlxalq Haaqa tribunalına verilir – QATİL CƏZASINI ALACAQ

“Məsələyə peşakarcasına yanaşılarsa, Paşinyan buna görə məsuliyyətə cəlb olunacaq”.

Bu sözləri açıqlamasında Gəncədəki qətliamın müəllifi olan Ermənistan baş naziri Nikol Paşinyan və komandasının hüquqi məsuliyyətə cəlb edilərək, beynəlxalq Haaqa tribunalına verilməsinin mümkünlüyünə toxunarkən vəkil Aslan İsmayılov deyib:

“Ermənistan hakimiyyətinin Gəncədə törətdiyi vəhşilik bütün beynəlxalq qanunların, o cümlədən Cenevrə Konvensiyasının pozulmasıdır. Dinc əhaliyə qarşı zor işlətmək yolverilməzdir. Əminəm ki, Paşinyan da daxil olmaqla, bu vəhşiliyi törədənlərin hamısı məsuliyyətə cəlb olunacaq.

Respublika Baş Prokurorluğunun bu barədə araşdırmaları ilə tanış oldum. Hiss edirəm ki, onlar məhz bu yöndə konkret işlər görürlər. Bildiyim odur ki, bu istiqamətdə materiallar hazırlanır. Məsələyə peşakarcasına yanaşılarsa, Paşinyanı da bu müstəvidə məsuliyyətə cəlb etmək mümkün olacaq”.

“Paşinyan və komandası Haaqa beynəlxalq tribunalına verilməlidir”

Bu açıqlamanı isə hüquqşünas Ələsgər Əhmədoğlu verib: “Bununla bağlı sənədlər hazırlanır. Avropa İnsan Haqları Məhkəməsinə həm dağılan mülklərilə bağlı vətəndaşlar fərdi olaraq müraciət etməlidir. Həm də savaş suçu kimi Cenevrə Konvensiyasının 49-cu maddəsinin şərtləri baxımından, dinc sakinlərin yaşadığı yerə qadağan olunmuş ballistik raketlərin atılması Ermənistan rəhbərliyinin hüquqi məsuliyyətini tələb edir.

Bu silahdan istifadə edilməsi ən yüksək səviyyədə əmr verilmədən mümkün deyil. Yəni, bu silahların hansısa obyektə tuşlanması yalnız ən yüksək səviyyədə verilən əmrdən sonra mümkündür. Bu baxımdan da Paşinyanın məsuliyyəti birmənalıdır”.

“Paşinyan və ətrafındakı cinayətkarlar məhv edilməlidir”

Bu fikirləri isə sayta açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib: “Gəncənin raket atəşinə tutulması ilə bağlı birbaşa göstərişi Paşinyan özü verib. Hazırda Paşinyan özünü idarə etmək və adekvat dəyərləndirmə imkanından məhrumdur. Aldığı böyük məğlubiyyət və daxildəki gərgin vəziyyət onu situasiyanı idarə etmək imkanından məhrum edib.

Ona görə də o belə sərsəri və cinayət xarakterli əmrlər verməkdədir. Vətəndaşların hədəf götürülməsi beynəlxalq müharibə cinayətidir. Eyni zamanda, bu hərəkət Cenevrə Konvensiyasının pozulmasıdır. Müharibə şəraitində heç bir halda mülki vətəndaşlar və obyektlər hərbi hədəfə çevrilə bilməz. Ona görə bu istiqamətdə əmr verənlər şübhəsiz ki, məsuliyyətə cəlb olunmalıdır.

Bu əmrin də Paşinyan tərəfindən verilməsi heç bir şübhə doğurmur. Baş Prokurorluq tərəfindən müvafiq cinayət işi qaldırılıb. Yəqin ki, sübutlar toplanandan sonra BMT Təhlükəsizlik Şurasının müvafiq tribunalının yaradılması ilə bağlı da müraciət olunacaq. Ümid edirəm ki, toplanmış sübutlar gələcəkdə Paşinyan və ətrafındakı hərbi caniləri məsuliyyətə cəlb etməyə imkan verəcək”./sfera.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password