Lavrovun erməni qanı oyandı: “Heç vaxt Türkiyəni strateji müttəfiqimiz hesab etməmişik”
Biz heç vaxt Türkiyəni strateji müttəfiqimiz kimi qəbul etməmişik.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya KİV-lərinə verdiyi müsahibədə söyləyib.
Lavrov bildirib ki, Rusiya Türkiyəni strateji müttəfiq deyil, yaxın tərəfdaş kimi görür.
“Biz çox yaxın ortağıq, bir çox sahələrdə tərəfdaşlıq strateji xarakter daşıyır”. Rusiya Xarici İşlər Nazirliyinin başçısı belə deyib.
Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinin nə qədər qanuni olduğu barədə sualı cavablandıran Lavrov qeyd edib:
“Türkiyənin səsləndirdiyi, əslində, Prezident İlham Əliyev tərəfindən bir neçə dəfə dilə gətirilən mövqeyi ilə razılaşmırıq. Burada heç bir sirr yoxdur. Münaqişənin hərbi yolla həll edilməsi ilə bağlı səslənənlərlə razı deyilik. Təəssüf ki, Türkiyə bunu bacardı və hərbi münaqişələr də daxil olmaqla, Azərbaycanın bu münaqişəni hərbu yolla həll etmək üçün atacağı bütün tədbirləri dəstəkləyəcəyini bildirdi. Türk hərbçiləri ilə təmasdayıq, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə bir neçə dəfə danışmışam. Biz yenə də münaqişənin yalnız dinc yolla nizamlanacağının tərəfdarıyıq. Çünki qalan hər şey münaqişəni bir az səssiz vəziyyətdə saxlayacaq. Ancaq uzunmüddətli bir siyasi razılaşma yoxdursa, nə vaxtsa hərbi yolla verilən qərarlar da onların təsirsizliyini sübut edəcək və yenə də düşmənçilik olacaq”.
Lavrov hər hansı bir məsələni həll edərkən hərbi toqquşmalardan qaçmağın vacibliyini vurğulayıb.
“Müharibə siyasətin davamıdır. Bu, mənim dərin inanımdır, ancaq digər şəraitlər də var, sənə qarşı təcavüz edilərsə, silahlar susmamalıdır”. Nazir yekunlaşdırıb.
Haşiyə: Erməni əsilli bu nazirə xatırladarıq ki, işlətdiyin “digər şəraitlər” ifadəsi elə Azərbaycanın bugünkü vəziyyətinə görədir. Çünki qonşu ölkə hücum edərək 20 faiz ərazisini işğal edirsə, silahlar heç vaxt susmamalıdır. Səni, Paşinyanı və digər havadarlarınızı da danışdıran məhz o silahların gücüdür.