Lavrov “üçlü görüş”dən danışdı: Putin zəng etdi…

 

Dağlıq Qarabağdakı situasiyanın siyasi həlli mümkündür. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi bu mənada masa üzərindədir.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Sputnik”,“Komsomolskaya Pravda” və “Danışır Moskva” radiolarına müsahibəsində deyib.

“Əlbəttə ki, siyasi həll mümkündür. Həmsədrlərin işlədiyi və işləməyə davam etdiyi təkliflər danışıqlar masasındadır. Onların mahiyyəti artıq bəllidir. Bu, mərhələli, tədricən Qarabağ ətrafındakı rayonların Qarabağın təhlükəsizlik zəmanətinə əməl edərək azad edilməsi və Qarabağın yekun statusu müəyyənləşənə qədər Qarabağla Ermənistan arasında etibarlı əlaqənin təminidir”, – deyə o bildirib.

O, Rusiya hərbi müşahidəçilərinin Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə qatıla biləcəyini deyib. Bununla belə o, Rusiya müşahidəçilərinin bölgəyə gəlməsi məsələsini konflikt tərəflərinin həll etməsi gərəkdiyini vurğulayıb.

Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskvadakı danışıqlarına toxunan Lavrov bunun unikal olduğunu, eləcə də Rusiya Prezidenti Vladimir Putinin diskussiyanın həlliedici anında öz töhfəsini verdiyini bildirib:

“Birincisi danışıqlar unikal idi, amma onu da qeyd etməliyəm ki, həlledici anda prezident öz töhfəsini verdi. Ona görə ki, o, bizim gecə ayıqlığımıza nəzarət edirlər. Gecənin bir zamanı biz onunla iki dəfə danışdıq”.

Lavrov Putinin danışıqlara zəng vasitəsilə qoşulduğunu söyləyib:

“Zəng etdi. Danışıqlara Sergey Şoyqu da qoşuldu. Ona görə ki, əgər atəşkəsə nəzarət mexanizmi olmazsa, orada atəşkəsin elanı yəqin yetərli olmayacaqdı. Sənədin ikinci bəndi bunu nəzərdə tutur”.

Rusiyanın heç vaxt Türkiyəyə strateji müttəfiq kimi baxmadığını deyən Lavrov Ankaranın Suriyadakı kimi Qarabağda da şəffaf olması gərəkdiyini bildirib./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password