Hikmət Hacıyev: “Ermənistanın mülki əhalini hədəf alan ballistik raketi məhv edilib”
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında yerləşdirdiyi raket komplekslərinin Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənlənməsi ilə bağlı fikirlərini bölüşüb.
Bununla bağlı H.Hacıyev özünün “Twitter” hesabında paylaşımlar edib.
“Ermənistan tərəfindən planlaşdırılan növbəti qəsdən və məqsədyönlü insan fəlakətinin qarşısı alındı. Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakininin həyatı xilas edilib”, – birinci paylaşımında o bildirib.
Yet another delibarate and targeted human catastrophy planned by Armenia was averted. Ready for launch ballistic missiles of Armenia destroyed in start position in border area of occupied Kalbajar reg of Azerbaijan with Armenia. Lives of many civilians were saved. pic.twitter.com/jhhcYrjA40
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 14, 2020
Prezidentin köməkçisinin digər paylaşımında qeyd edilir:
“Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmiş Ermənistana məxsus ballistik raket kompleksləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Komplekslərin vurulduğu ərazidə mülki infrastruktur yoxdur”.
Armed forces of Azerbaijan destroyed ready for launch ballistic missiles of Armenia in start position.Armenia intended to attack civilians&critical infrastructure in Ganja, Mingachevir and other cities with ballistic missiles.Launch area was empty field. No civ/mil infrastructure pic.twitter.com/xxoUkguk3f
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 13, 2020