“Minsk qrupu təcili toplanmalıdır” – “Artıq addımlar atılmalıdır”
“Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üçün konkret bir addım atmadığını qeyd etmişik”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
Mövlud Çavuşoğlu deyib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır.
“Minsk qrupu olaraq iclas keçirməyimiz faydalı olar. Bu təklifimizi bu gün gündəmə gətirdik. Minsk qrupu həmsədrləri də bu günədək nə işlər görüblərsə, bununla bağlı hesabat hazırlamalıdırlar. Artıq addımlar atılmalıdır”, – nazir vurğulayıb.
Çavuşoğlu bildirib ki, Türkiyə Minsk qrupunun təcili toplanması ilə bağlı təklif edib: “Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətələnərək yeni təxribatlar törədir. Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir”.