Ermənistan təcili Qarabağdan çıxmalıdır – SEPAH

Qarabağ Azərbaycan torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır.

Bunu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi vəkili general Cavani bildirib.

SEPAH generalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün əsas ola biləcəyinə vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazisi kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir:

“Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycanın müsəlman xalqına məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”.

General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib:

“Azərbaycan və Ermənistan İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.BakuPost

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password