Qusman Azərbaycan Ordusuna 50 min dollar bağışladı

Rusiyanın TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

O, fonda 50 min dollar vəsait köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasının möhkəmləndirilməsi və zəruri sosial tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

Fond könüllü olaraq Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maddi yardım məqsədi ilə qanunla qadağan olunmayan digər daxilolmalar vasitəsilə maliyyələşdirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password