Hamı türk malı alsın – Millət vəkilindən çağırış

Azərbaycanın beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən tanınan ərazilərinin bütövlüyü uğrunda hazırda davam edən Qarabağ savaşında ölkəmizi birmənalı dəstəkləyən Türkiyəyə qarşı erməni məkri davam edir.

Ermənistan türk mallarından imtina ilə bağlı çağırışlar edir. Baxmayaraq ki, olduqca keyfiyyətli və ucuz türk tekstil mallarından imtina onsuz da dağılmış Ermənistan iqtisadiyyatı üçün əlavə təhdid yaradır və Ermənistanda bir çox iş yerləri, o cümlədən satış mərkəzləri bağlanır, buna baxmayaraq, ermənilər bu addımlarında israrlı görünürlər. Hətta erməni iqtisadçılar bunun Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracağını da qeyd edirlər.

Bütün bunların fonunda millət vəkili, iqtisadçı Vüqar Bayramov maraqlı müqayisə aparıb. O bildirib ki, Azərbaycan 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir.

“Ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar, Çindən 1 milyard 432 milyon dollar və İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq. Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür. İdxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni biz hansı ölkədən idxal ediriksə, həmin ölkəyə valyuta göndəririk”.

Millət vəkili vurğulayıb ki, Türkiyənin Qarabağ müharibəsində Azərbaycana birmənalı dəstəyindən dolayı müəyyən siyasi-iqtisadi təzyiqlərlə üzləşir və bu da Türkiyə iqtisadiyyatına təsirsiz ötüşmür.

“Biz bazarlıq edən zaman yerli məhsullar ilə yanaşı, Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhfə vermiş olarıq. Hamımız türk malı alsaq, xeyir qardaşımıza qalar”, – ekspert bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password