Gəncəyə raket hücumunun arxasında Ermənistan rəhbərliyi dayanır – Fabian Hinz

Hərbi ekspert Fabian Hinz Almaniyanın “BILD” nəşri üçün Gəncədə raketin düşdüyü yerdən görüntüləri analiz edib.

Ekspert hücumun Ermənistan tərəfindən ballistik raket vasitəsilə edildiyini və bunun arxasında Ermənistan rəhbərliyinin dayandığını bildirib:

“Hücum ballistik raketlə edilib. Gəncə Ermənistanın reaktiv artilleriyası üçün əlçatan yerdə yerləşir, ancaq zərər böyükdür. Yəni burada daha iriçaplı bir silahdan istifadə edilib”.

Onun sözlərinə görə, şəhər cəbhə xəttindən 60 kilometrdən artıq məsafədə yerləşir və belə böyük hücum təsadüfi ola bilməz.

Uzun illərdir İranın raket proqramını tədqiq edən ekspert hesab edir ki, hücum üçün ya “SCUD”, ya da “Toçka” raketi istifadə edilib və bu raketlər Ermənistanın arsenalında mövcuddur: “Yaxın gələcəkdə ballistik raketlərin istifadəsi arta bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password