Bu gün AB-nin iclasında Qarabağdakı müharibə müzakirə ediləcək – Jurnalistlər görüşə buraxılmayacaq
Avropa Birliyinə (AB) üzv 27 ölkənin xarici işlər nazirləri bazar ertəsi günü Rusiya ilə münasibətləri Aleksey Navalnı ilə yaşanan insident fonunda müzakirə edəcəklər.
Bu haqda məlumatı TASS agentliyi yayıb.
Mənbə bildirir ki, AB-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə verdiyi açıqlamada deyib ki, xarici işlər nazirləri Navalnının zəhərlənməsindən məsul olanlara qarşı sanksiya tətbiq olunması barədə siyasi qərar qəbul edəcəklər.
Nazirlər, həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşma ilə nəticələnən görüşü nəzərə alaraq Dağlıq Qarabağdakı münaqişəni müzakirə edəcəklər.
Belarusdakı vəziyyət də AB-nin gündəliyində olacaq.
Avropalı diplomatın sözlərinə görə, nazirlər prezident Aleksandr Lukaşenko da daxil olmaqla, ölkənin səlahiyyətlilərinə qarşı sanksiyaların genişləndirilməsi barədə danışacaqlar.
Koronavirus pandemiyası başlayandan bəri AB-nin iclası ilk dəfə Lüksemburqda keçiriləcək.
Eyni zamanda, jurnalistlər hələ də xarici işlər nazirlərinin görüşünə buraxılmırlar.