ASALA-nın üzvü olan erməni əsilli terrorçu dəstəsi ilə yenidən Qarabağda – Torpaqlarımızın işğalında iştirak etmişdi
Fransalı erməni, 64 yaşlı Jilbert Minasyan 15 silahdaşı ilə birlikdə Qarabağda döyüşməyə gəlib.
Fransanın “Liberation” qəzetinin yazdığına görə, Fransanın Marsel şəhərində yaşayan Minasyan 70-80-ci illərdə türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının aktiv üzvlərindən biri olub.
O 1984-cü ildə Marsel yaxınlığında poçt maşınına silahlı hücumda iştirak edib.
Hücumda məqsəd ASALA-nı maliyyələşdirmək üçün pul ələ keçirmək idi. İstintaqın diqqətindən yayınan Minasyan Fransanı tərk etsə də, 1989-cu ildə onun barəsində ömürlük həbs cəzası qərarı verilib.
1980-cı illərin sonlarında Ovsep Ovsepyan kod adı altında qanunsuz yollarla Qarabağa gələn Minasyan Azərbaycan torpaqlarının işğalında aktiv iştirak edib.
O, Leonid Azqaldyan adlı səhra komandiri ilə birlikdə “Erməni Azadlıq Ordusu” adlı qanunsuz hərbi birləşmə yaradıb.
“Dəstədə məndən başqa da bir neçə fransalı erməni var idi. Simvolizm baxımından bu dəstəni yaratmaq çox vacib idi. Fransandan bizə konteynerlərdə çoxlu silah gəlirdi”- deyə Minasyan “Liberation” qəzetinə açıqlamasında deyib.
Azqaldyanın 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən məhv edilməsindən sonra “Erməni Azadlıq Ordusu” dəstəsinə Minasyan başçılıq edib. O, 1993-cü ilin aprelində 117 döyüşçü ilə Kəlbəcər rayonunun mərkəzinə ilk daxil olan ermənilərdən biridir.
1994-cü ilin mayında atəşkəs sazişi imzalandıqdan sonra J.Minasyan Ermənistana gedib və əyləncə barı açaraq, sahibkar kimi fəaliyyət göstərir.
Fransadakı erməni diasporunun, rejissor dostu Robert Gedikyanın və Fransanın o zamankı rəhbərliyinin köməyi ilə 2004-cü ildə Jilbert Minasyan Fransa Ədliyyə Nazirliyi tərəfindən axtarışa verilənlərin siyahısından çıxarılıb.
2013-cü ildə – axtarışa verildikdən 24 il sonra Fransa baş naziri Dominik de Vilpen tərəfindən əfv olunub. Bundan sonra o, Fransaya qayıdıb.
Qanunsuz hərbi birləşmələrin tərkibində polkovnik rütbəsinə yüksələn terrorçu bu ilin avqustunda da Xankəndinə səfər edib. Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyan onu 1-ci dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif etmişdi.
Hazırda beynəlxalq miqyaslı terrorçu Qarabağdadır və Azərbaycan Orudusuna qarşı fransız muzdlularla birlikdə döyüşür./modern.az/