Ermənistan bununla bir daha Azərbaycan qarşısında aciz olduğunu göstərdi – Rusiyalı tarixçi

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna raket hücumları vəhşilikdir. Qanuni dildə buna müharibə qaydalarının, beynəlxalq humanitar hüququn və hərbi cinayət qaydalarının pozulması deyilir.

Bu sözləri rusiyalı tarixçi və analitik Oleq Kuznetsov qeyd edib.

Rusiyalı tarixçi erməni millətçinin cinayətkar fəaliyyəti ilə bağlı yeni  faktlar yayıb

Analitik erməni hərbçilərin cinayətkar əməllərini birmənalı şəkildə qınayıb: “Aydın şəkildə başa düşməliyik ki, Qarabağ və ətraf ərazilərində hərbi əməliyyatlar başlamazdan əvvəl də erməni siyasi elitası Azərbaycanın mülki infrastrukturuna – Mingəçevir şəhərində yerləşən Su Elektrik Stansiyasına, Abşeronun neft yataqları, neft və qaz kəmərlərinə zərbə endirmək əmrini verəcəyini demişdi. Yəni, döyüş əməliyyatları başlamazdan çox əvvəl Ermənistanın ordusu müharibə etməyə hazırlaşırdı. Başqa sözlə, müharibə etməyə hazır olduqlarını əsla gizlətmirdilər. Azərbaycan hakimiyyəti, ordusu və xalqı belə bir barbar müharibəyə əvvəldən hazır olmalı idi”.

O, münaqişə tərəfləri olan ölkələrin xarici işlər nazirləri Moskvada humanitar məqsədlər üçün müvəqqəti atəşkəs haqqında sənəd imzaladıqdan sonra Ermənistan Gəncəyə daha bir zərbə vurduğunu xatırladıb: “Beləliklə, rəsmi İrəvan bir daha özünü aciz tərəf kimi göstərdi. Nasist Qaregin Njdenin ideyalarının davamçılarından başqa bir şey gözləmək olmazdı. Adolf Hitlerin fikirlərinin təsiri altında onun formalaşdırdığı erməni nəzəriyyəsi Ermənistanın Cənubi Qafqaz bölgəsindəki təcavüzünün hərəkətverici qüvvəsi idi və olacaqdır. Buna görə də bu gün Azərbaycan ordusu bu təhlükəni aradan qaldırmaq və günahkarların mühakimə olunmasına şərait yaratmaq üçün mədəni bir missiya həyata keçirir”.

Analitik qeyd edib ki, Qarabağın erməni işğalından azad olunması üçün müharibə təkcə Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyü uğrunda müharibəsi deyil, eyni zamanda orta əsr barbarlığına qarşı sivilizasiya müharibəsi, erməni millətçiliyinin ruhani eqoizminə qarşı insanın mənəvi dəyərləri müharibəsidir: “Buna görə bir daha Azərbaycan ordusuna qələbə, Azərbaycan xalqına cəsarət arzulayıram”./publika.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password