Ermənilərin Gəncəni atəşə tutmaları nəticəsində ölənlərin sayı artıb
Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, habelə dünən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayı artıb.
Aktualinfo.org xəbər verir ki,“Report”un yerli bürosunun verdiyi məlumata görə, raket atəşi nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb. Belə ki, dağıntılar altından daha 2 nəfərin – gənc oğlanın və qadının meyitləri çıxarılıb.
Bununla da atəş nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla, 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.